Alişanın qardaşı koronavirusdan öldü – FOTO/VİDEO

06:55 22-07-2021 10

Türkiyənin tanınmış müğənnilərindən olan Alişana ağır itki üz verib.

“Haber Global” bildirir ki, sənətçinin qardaşı və eyni zamanda da meneceri olan Selçuk Tektaş koronavirusun qurbanı olub.

Mərhuma 20 gün öncə COVID-19 diaqnozu qoyulub və xəstəxanaya yatırılıb. Lakin bütün müdaxilələrə rəğmən onu xilas etmək mümkün olmayıb.

Tektaşın ölüm xəbərini eşitcək Mahsun Kırmızıgül, Ceylan kimi məşhurlar xəstəxanaya gələrək Alişana dəstək olublar.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da telefonla zəng edərək ifaçıya baş sağlığı verib.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by Alişan (@alisanofficial)