İcazəsiz keçirilən toy mərasiminə cavabdeh olan şəxslər barəsində tədbir görüldü

17:35 21-07-2021 17

Yevlax rayonu ərazisində yerləşən iki şadlıq sarayında pandemiya tələblərinin pozulduğu müəyyən edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan milletinsesi.info-a verilən məlumata əsasən, yoxlamalar zamanı “Ərəş” və “Turan” şadlıq saraylarında keçirilən toy mərasimlərinin “icazə.e-gov.az” portalında qeydiyyatdan keçmədiyi aşkarlanıb.

Aşkarlanmış qayda pozuntuları ilə əlaqədar restorana cavabdeh şəxslər barəsində qanunamüvafiq tədbirlər yerinə yetirilib.