Ronaldu karyerasında ən ağır məqamı açıqladı

14:30 21-07-2021 8

Turinin “Yuventus” klubunun futbolçusu Kriştianu Ronaldu karyerasında ən çətin məqamı açıqlayıb.

Bu barədə “Besoccer” nəşri yazıb.

Belə ki, Ronaldu karyerasının ən çətin anının “Sportinq”ə keçid dövrü olduğunu bildirib.

“Ailəm mənimlə vidalaşdı. Günəş eynəkləri taxsalar da, yanaqlarından necə göz yaşlarının axdığını gördüm. Mən də eyni şəkildə təyyarəyə yollandım. Bu, karyeramda ən çətin məqam idi. Açıq-aşkar ağlayırdım”, - deyə K.Ronaldu bildirib.