DİN karantin qaydalarını pozaraq məclis keçirən ev sahibi barəsində tədbir gördü - FOTO

13:25 21-07-2021 10

Salyan rayonunun Qarabağlı kənd sakini Kamran Cavadovun fərdi yaşayış evinin həyətində mövcud karantin qaydaları pozulub. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan milletinsesi.info-a verilən məlumata görə, burada 88 nəfərin iştirakı ilə məclis keçirildiyi müəyyən olunub.

Aşkarlanan qayda pozuntusu ilə bağlı ev sahibi və məclisdə iştirak edən şəxslər barəsində qanunamüvafiq tədbir görülüb.