Yeri boş qalan işıq dirəkləri - VİDEO

12:35 21-07-2021 9

Paytaxtın müxtəlif küçə və prospektlərində qəzalı vəziyyətdə olan və ya heç yerində olmayan işıq dirəklərinin sayı kifayət qədərdir.

Hazırda Mətbuat prospektində də vəziyyət eynidir. Qəza səbəbi ilə yararsız hala düşən işıq dirəklərini uzun müddət yerində görmək mümkün olmur. 

Bakı Şəhər İcra Hakimiyyəti isə vəziyyəti şərh edərkən bildirir ki, sözgedən dirəklər xaricdən gətirildiyi üçün bu proses vaxt tələb edir.