Şabranda iki qardaş motosikletlə qəzaya düşüb

08:05 21-07-2021 10

Şabran rayonunda iki qardaş motosikletlə qəzaya düşüb, hər ikisi xəsarət alıb.

“Report” xəbər verir ki, hadisə rayonun Qaraqaşlı kəndində qeydə alınıb.

Belə ki, Pərviz və Mahir Daşdəmir oğlu Məmmədovlar motosikletlə körpüdən aşaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Mahir Məmmədovun xəsarətləri yüngül olduğundan ambulator müalicəyə buraxılıb, Pərviz Məmmədovun vəziyyəti ağır olduğundan müalicə və müayinə üçün Bakı şəhərinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.