Ana dəcəllik edən qızının barmaqlarını kəsdi - VİDEO

06:05 21-07-2021 11

Qadın kibritlə oynayan azyaşlı qızının barmaqlarını kəsib.

Znak.com-un məlumatına görə, dəhşətli hadisə Ulan-Udedə (Buryatiya) baş verib.

Bildirilir ki, ailə tibb işçilərinə uşağın küçədə yaralandığını bildirib. Lakin sonradan qız palata yoldaşına dəcəlliyə görə barmağının anası tərəfindən kəsildiyini deyib.

“Qızın anası deyib ki, bıçağı gətirin, indi onun barmağını kəsəcəyəm. Birinci dəfədən alınmayıb, ikinci dəfədən alınmayıb, üçüncüdə isə bıçaq iki barmağına dəyib. Qıza da möhkəm-möhkəm tapşırıb ki, kim soruşsa, barmağının anası tərəfindən kəsildiyini deməsin”, - deyə pasientlərdən biri qızdan eşitdiklərini danışıb.

Həmçinin o, əlavə edib ki, uşaq döyüləcəyini deyərək, evə qayıtmaqdan qorxur.

Hazırda uşaq əməliyyat olunub, onun səhhəti təhlükə altında deyil. Həkimlərin sözlərinə görə, uşağın bədənində döyülmə izləri də var.

Ümumilikdə ailədə iki doğma, üç götürülmə uşaq var.

Hadisə ilə əlaqədar yoxlamalara başlanılıb.