Çində üçüncü uşağa görə cərimələr ləğv olundu

03:45 21-07-2021 9

Çin hökuməti ailədə üçüncü uşağın dünyaya gəlməsinə görə mövcud cərimə və sanksiyaları aradan qaldırıb.

TASS xəbər verir ki, bu barədə ÇXR Dövlət Şurasının qərarında bildirilib.

Qeyd olunub ki, hökumət 2025-ci ilədək doğumun stumillaşdırılması üzrə hərtərəfli sosial dəstək siyasətini formalaşdıracaq.

Xatıraldaq ki, mayın 31-də Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosu ailələrin üçüncü övlada sahib olmasına icazə verib.