Almaniyada təbii fəlakət nəticəsində ölənlərin sayı 169-a çatıb

01:25 21-07-2021 14

Almaniyada daşqınlar və sel nəticəsində ölənlərin sayı artmaqda davam edir.

“Frans Press” agentliyinin məlumatına görə, artıq təbii fəlakət qurbanlarının sayı 169 nəfərə çatıb.

Təkcə Reynland-Pfalts federal vilayətində 121 nəfər həlak olub.

Qeyd edək ki, Almaniyada intensiv yağıntılar səbəbindən Ar, Mozel, Zauer, Pryum, Nims, Kil və Erft çayları məcrasından çıxaraq sel və daşqına səbəb olub.