Rusiyada S-500-lərin ilk atış sınaqları keçirilib – VİDEO

01:00 21-07-2021 11

Rusiya Müdafiə Nazirliyi S-500 zenit-raket kompleksinin sınaqlarını keçirib.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

Kapustin Yar poliqonunda baş tutan sınaqların uğurlu olduğu bildirilib.

Qeyd olunub ki, bu, S-400-ləri əvəzləyəcək kompleksin sürətli balistik hədəflərə ilk atış sınaqlarıdır.

Bütün sınaq mərhələlərinin uğurla başa çatdırılmasından sonra zenit-raket sisteminin Rusiya ordusunun arsenalına daxil ediləcəyi gözlənilir.