Tbilisidə bir həftədə iki uşaq koronavirusun “Hindistan” ştammından vəfat etdi

19:35 20-07-2021 10

Tbilisidə xəstəxanada koronavirusun “Hindistan” ştammına yoluxmuş daha bir yeni doğulmuş körpə dünyasını dəyişib.

Bu barədə “RİA Novosti”yə xəstəxanadan bildirilib.

“Məlumatı təsdiqləyirik. Təəssüf ki, iki aylıq uşaq virusla mübarizə apara bilmədi, vəziyyəti son dərəcə ağır idi”,- deyə xəstəxanadan bildirilib.

Məlumata görə, uşaq iyulun 1-də ağır tənəffüs çatışmazlığı ilə xəstəxanaya yerləşdirilib və ağciyərlərin mexaniki havalandırılması cihazına qoşulub.

Qeyd edilir ki, bu, Gürcüstanda koronavirusf yoluxan yeni doğulmuş körpələr arasında ikinci ölüm hadisəsidir, ilk hadisə 16 iyulda qeydə alınıb.