Beynəlxalq Olimpiya Komitəsi tarixdə ilk dəfə devizində dəyişiklik etdi

17:45 20-07-2021 11

Beynəlxalq Olimpiya komitəsi tarixdə ilk dəfə “daha sürətli, daha yüksək, daha güclü” devizini dəyişdirib.

Bu barədə qurumun Tokioda keçirilən sessiyasında qərar qəbul edilib.

Devizə “birlikdə” sözü əlavə edilib. Bundan sonra Olimpiya devizi “birlikdə daha güclü, daha yüksək, daha güclü” şəklində olacaq.

Qeyd edək ki, Olimpiya devizi 1896-cı ildə qəbul edilib.