Tokio-2020: Olimpiya kəndindəki əcnəbi idmançıda koronavirus aşkarlandı

15:25 20-07-2021 9

Ötən sutka Tokioda Olimpiya Oyunlarının keçirilməsinə cəlb olunmuş doqquz nəfərin koronavirus testi müsbət nəticə verib.

Bu barədə Tokio-2020-nin təşkilat komitəsinin saytında qeyd olunub.

Yoluxanlar arasında Olimpiya kəndindəki əcnəbi idmançılardan biri də olub. O, iki həftəlik karantinə götürülüb.

Ümumilikdə Olimpiya Oyunlarına cəlb olunanlar arasında 71 yoluxma qeydə alınıb.