Vətən müharibəsinin iştirak­çısı olmuş bir qrup sərhədçi ehtiyata buraxıldı - FOTO

14:35 20-07-2021 7

Bu gün Dövlət Sərhəd Xidmətinin Vətən müharibəsinin iştirak­çısı olmuş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçu­larının Silahlı Qüvvələrin ehtiyatına buraxılması münasibətilə “Horadiz” sərhəd dəstəsində təntənəli tədbir keçirilib.

DSX-dən verilən məlumata görə, tədbir çərçivəsində Vətən müharibəsində şücaət və qəhrəmanlıq göstə­rə­­rək Xocavənd, Füzuli, Cəbrayıl, Zəngilan, Laçın rayonlarının və Şuşa şəhəri­nin azad olunmasında fərqləndiklərinə görə Azərbay­can Res­pub­likasının Pre­zi­denti, Silahlı Qüvvələrin Ali Baş Ko­mandanı İlham Əliyev tərəfin­dən təltif edil­miş sərhədçilərə orden və medallar təqdim olunub. 

Tədbirin sonunda tərxis edilən hərbi qulluqçularla xatirə şəkilləri çə­kil­ib və şəxsi heyət xüsusi ayrılmış avtobuslarla yaşadıqları bölgələrə yola salınıb.