Qurbanlıq heyvanların kəsimi və satışı məntəqəsindən FOTOREPORTAJ

11:50 20-07-2021 16

Qurban bayramı ilə əlaqədar əvvəlcədən müəyyən olunmuş məntəqələrdə qurbanlıq heyvanların kəsimi və satışına başlanılıb.

milletinsesi.info-ın məlumatına görə, proses bu gün, eləcə də sabah - 21 iyul tarixində də müvafiq məntəqələrdə davam etdiriləcək.

Qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müəyyən edilmiş 88 ünvanda təşkil olunur. Məqsəd bayram günlərində kəsim və satış prosesini əhalinin kütləvi şəkildə toplaşmadan, rahat həyata keçirilməsini təmin etməkdir.

Satış məntəqələrində qurbanlıq heyvanlar baytarlıq nəzarətindən keçib və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilir.

Bayram günləri ərzində vətəndaşlar qurbanlıq heyvanları satmaq, almaq və ya kəsdirmək üçün xidmətlərdən saat 08:00-dan 20:00-dək yararlana bilərlər.

Qeyd edək ki, respublika üzrə 88 ünvanda fəaliyyət göstərəcək qurbanlıq heyvanların satışı və kəsimi yerlərindən 53-də həm kəsim, həm satış, 17-də qurbanlıq heyvanların satışı, 18-də isə yalnız heyvan kəsimi xidmətləri vətəndaşlara təklif olunacaq.

Qurbanlıq heyvanların satışı və kəsimi məntəqəsindən milletinsesi.info-ın fotoreportajını təqdim edirik: