Bakıda kəsimə hazırlaşan qəssab ürəyindən bıçaq xəsarəti aldı

10:30 20-07-2021 7

Bakının Suraxanı rayonunda ehtiyatsızlıqdan bir nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə Yeni Suraxanı qəsəbəsində baş verib.

Vahid Xəlilov küçəsində yaşayan 1974-cü il təvəllüdlü Əliyev Zaur Eldar oğlu bıçağı “laqonda” ilə itiləyərkən bıçaq onun əlindən çıxaraq ürək nahiyəsinə batıb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.