Biləsuvarda yeniyetmə velosipedçini avtomobil vurub

22:25 19-07-2021 9

Biləsuvarda velosipedçini minik avtomobili vurub.

“Report” xəbər verir ki, hadisə rayonun Xırmandalı kəndi ərazində yerləşən “Rüfət” şadlıq sarayının qarşısında qeydə alınıb.

Belə ki, Beyləqan şəhər sakini, 1992-ci il təvəllüdlü Məmmədli Elnur Hüseyn oğlu idarə etdiyi “Mercedes” markalı minik avtomobili ilə velosipedlə hərəkət edən Bəydili kənd sakini, 2004-ci il təvəllüdlü, Həsənov Rəvan Ziya oğlunu vurub.

Nəticədə velosipedçi ağır xəsarət alıb. Yaralı Biləsuvar rayon Mərkəzi Xəstəxasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.