Azərbaycan dövləti Bosniya və Herseqovinaya humanitar yardım göndərib

21:50 19-07-2021 15

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə üçün, 19 iyul tarixində Azərbaycan Hava Yollarına məxsus xüsusi təyyarə ilə Bosniya və Herseqovinaya (BvH) humanitar yardım kimi 40.000 doza AstraZeneca vaksini gətirilmişdir. 

Sarayevo beynəlxalq hava limanında humanitar yardımın təhvil verilməsi mərasimində qarşı tərəfdən BvH-nin Xarici İşlər Nazirliyinin Katibi, iqamətgahı Ankarada olmaqla, Azərbaycandakı keçmiş səfiri Bakir Sadoviç və Nazirliyin digər rəsmiləri iştirak etmişlər.

B.Sadoviç, humanitar yardım üçün dost Azərbaycana ölkəsi adından minnətdarlıq etmiş və bu addımın ölkələrimiz arasında dostluq və tərəfdaşlıq münasibətlərinin, eləcə də müxtəlif sahələri əhatə edən əlaqələrin yüksələn xətlə inkişaf etməsinin təzahürü olduğunu bildirmişdir.
Yükün qəbul və qarşı tərəfə təhvil verilməsi mərasimində, Azərbaycan Respublikasının Bosniya və Herseqovinadakı Diplomatik Nümayəndəliyinin əməkdaşları iştirak etmişlər.