COVID-19-dan ölüm risklərini azaldan dərman açıqlanıb

20:45 19-07-2021 8

Amerikalı alimlər müəyyən ediblər ki, pis xolesterinin miqdarını azaltmaq üçün xəstəxanada statin preparatlarını qəbul edən xəstələrin COVID-19-dan ölüm riskləri azalıb.

Bu barədə “MedicalXpress”də qeyd olunur.

Tədqiqatçılar 2020-ci ilin yanvar ayından sentyabr ayına qədər ABŞ-da COVID-19 xəstəsi olan 10 000-dən çox xəstəxanaya yerləşdirilmiş xəstənin məlumatlarını təhlil ediblər.

Məlum olub ki, statin preparatları ürək xəstəlikləri və ya yüksək qan təzyiqi olan xəstələrdə daha faydalıdır.

Statinin və ya yüksək təzyiqə qarşı dərmanın qəbulu həmin xəstələr arasında COVID-19-dan ölüm riskini 32 faiz azaldır.