Depay rəsmən “Barselona”da - VİDEO

18:25 19-07-2021 10

“Barselona” Niderland millisinin hücumçusu Memfis Depayla bağlı Fransanın “Lion” klubu ilə yekun razılıq əldə edib.

Bu barədə məlumat “Barselona” klubun rəsmi saytında məlumat yayımlanıb.

Belə ki, Memfis Depayın Fransa klubu ilə müqaviləsi başa çatan kimi oyunçu avtomatik olaraq “Barselona”nın futbolçusuna çevriləcək.

Müqavilədə göstərilir ki, Memfis Depay 2022/2023 mövsümünü “Barselona”da keçirəcək.

Qeyd edək ki, M.Depay son mövsümdə “Lion”un heyətində Fransa çempionatında 20 qol vurub.