Türkiyə – İtaliya matçının ulduzu bilindi - FOTO

01:50 12-06-2021 9

AVRO-2020-də İtaliya millisinin futbolçusu Leonardo Spinatsola Türkiyə ilə matçın ulduzu seçilib.

milletinsesi.info xəbər verir ki, “Roma”nın yarımmüdafiəçisi 66-cı dəqiqədə məhsuldar ötürməyə imza atıb.

Onun ötürməsindən sonra Çiro İmmobile hesabı 2:0 edib.

Qeyd edək ki, Türkiyə millisi Avropa çempionatının açılış matçında dördqat dünya çempionu İtaliyaya 0:3 hesabı ilə uduzub.

Səbuhi Musayev