Ərdoğanın təlimatıyla Türkiyədən Liviyaya yüksək səviyyəli səfər planlaşdırılır

00:35 12-06-2021 14

NATO Sammiti öncəsi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Liviyaya yüksək səviyyəli səfərin təşkil olunması ilə bağlı təlimat verib.

“TRT Haber”in məlumatına görə, nümayəndə heyətinə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu başçılıq edəcək.

Həmçinin heyətə Türkiyənin müdafiə naziri Hulusi Akar, daxili işlər naziri Süleyman Soylu, Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi Yaşar Güler, Milli Kəşfiyyat Təşkilatının sədri Hakan Fidan, Türkiyə Prezident Adminstrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun və Türkiyə Prezidentinin sözcüsü İbrahim Kalın daxil olacaq.

Qeyd edək ki, Türkiyənin müdafiə naziri artıq Liviyaya yola düşüb. Yolüstü Siciliya adasına baş çəkən Akar burada ingilis və italyan həmkarları ilə də görüşüb.