Məmmədyarov Aronyanı məğlub edərək liderliyini qorudu

21:25 11-06-2021 18

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən “Superbet Chess Classic” turnirində Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov növbəti oyununu keçirib.

36 yaşlı qrossmeyster ABŞ-a köçən Ermənistan təmsilçisi Levon Aronyanla qarşılaşıb. Ağ fiqurlarla oynayan Məmmədyarov 40-cı gedişdə rəqibini məğlubiyyətə uğradıb.

Azərbaycanın digər şahmatçısı Teymur Rəcəbov qara fiqurlarla rumıniyalı Boqdan Daniel Dyakla heç-heçə edib.

Bu nəticələrdən sonra Məmmədyarov xalını 4-ə çatdıraraq, rusiyalı Aleksandr Qrişukla birgə liderliyini davam etdirir. Rəcəbov isə 3 xalla 4-cü yerdə gedir.