Mədəniyyət naziri: “Çıraqqala”nın YUNESKO-nun ümumdünya mədəni irs siyahısına daxil edilməsi planlaşdırılır”

19:20 11-06-2021 12

Çıraqqala tarixi abidəsinin beynəlxalq səviyyədə təbliği ilə bağlı planlarımız var.

milletinsesi.info xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Mədəniyyət naziri Anar Kərimov deyib. 

O bildirib ki, 2019-cu ildə başlanılan bərpa konservasiya işlərinin cari ilin sonuna yekunlaşdırılmsı planlaşdırılır.

Nazir həm də qeyd edib ki, abidənin və istehkam yerlərinin YUNESKO-nun ümumdünya mədəni irs siyahısına daxil edilməsi planlaşdırılır.