Ermənistanda seçkiqabağı “rüşvət kampaniyası” davam edir: İki nəfər tutuldu

13:55 11-06-2021 15

Ermənistanda iki nəfər siyasi blokun xeyirinə səs toplamaq üçün rüşvət verdiklərinə görə tutulublar.

Bu barədə Ermənistan baş prokurorluğu məlumat yayıb.

Bildirilir ki, növbədənkənar parlament seçkilərində iştirak edən blokun lehinə səslərin təmin edilməsi və Armavirin keçmiş meri R.X.-nın Canfida kənd sakinlərinə seçkiqabağı 9 milyon dram rüşvət paylanması ilə bağlı məlumat daxil olub.

Həmin şəxslər rüşvət verdikləri zaman tutulublar.

Bundan əvvəl Ermənistanın Gavar bölgəsində partiya nümayəndələri onlara səs vermələri üçün seçicilərə ərzaq paylayıblar.