Azərbaycanda qadına zorakılıq edən məmur həbs edildi

13:05 11-06-2021 15

Şəmkir rayonunda məmur saxlanılıb.

milletinsesi.info-ın məlumatına görə, rayonun Kür qəsəbəsi Mənzil-Kommunal İstismar Sahəsinin rəisi Vazeh Vəliyev tutulub. 

Belə ki, bir neçə ay əvvəl o, öz vəzifə səlahiyyətlərini aşaraq müəssisədə çalışan qadına qarşı zorakılıq etməkdə ittiham edilib.

Onun barəsində 309.2 (zor tətbiq etməklə vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə məhkəmə qərar çıxarıb və saxlanılıb.

İlhamə Əbülfət