“4S” şirkətindən bir ilk: Dünyanın ən ensiz traktoru “Caspian Agro 2021”də təqdim edildi - FOTO/VİDEO

12:55 11-06-2021 8

10-12 iyun tarixlərində “Bakı Expo Mərkəzi”ndə regionun ən genişmiqyaslı və ən çox ziyarət edilən sərgilərindən biri - 14-cü “Caspian Agro” sərgisi keçirilir.

Azərbaycanın aqrar sektorunun ən iddialı şirkətləri sırasına qısa müddət ərzində daxil olan “4S” şirkəti artıq üçüncü dəfədir ki, bu sərgidə iştirak edir.

“4S” şirkətinin direktoru Elxan Ələkbərov sərgidə təqdim olunan texnikalar və innovativ sistemlər haqqında ətraflı məlumat verib. O, bildirib ki, “Dünyanın ən ensiz traktoru hesab olunan “NEXOS 230 VE” modelini “CLAAS” konserni ilk dəfə olaraq “Caspian Agro 2021” sərgisində təqdim edir. İntensiv bağçılıqda və üzümçülükdə istifadə olunan bu modelin bir çox üstünlükləri onu digərlərindən fərqləndirir. Mühərriki 88 a.g., 12 arxa/12 ön sürətlər qutusu, silindirlərin sayı 4, 111l/dəq ilə təchiz olunmuş hidravlik yağ nasosu və 0.5 km/saat ilbiz yerişi funksiyasına malik “NEXOS 230 VE” traktorunun eni cəmi 1 metr təşkil edir ki, bununla da çox asanlıqla bağçılıqda tələb olunan bütün işlərin öhdəsindən gəlmək olar. Güclü və səmərəli olan bu traktor həmçinin rahat kabinası və manevrliliyi ilə də bir çox fermerin əvəzolunmaz texnikası olacaq”.

“Daha bir diqqətçəkən məqam sərgidə yüksək keyfiyyətli yem tədarükü üçün texnikaların təqdimatı, “ARION 430” modelli traktorun istismarı, incəlikləri və tənzimləmələri ilə bağlı xarici ekspertlərdən dolğun informasiya almaq imkanı var”, - deyə E.Ələkbərov qeyd edib.

Texnikaların məsafədən idarə edilməsi ilə bağlı ətraflı məlumatı isə xarici mütəxəssis Leonid Yakovlev izləyicilərə həm vizual həm də nəzəri məlumat verib. “Uzaqdan idarəetmə sistemi olan “Telematics” traktorlar haqda məlumat toplayır və təhlil edir, bununla da texnikaların fəaliyyətini optimallaşdırır” deyə o, bildirib.

“CLAAS” konsernin regional meneceri Martin Klima isə müsahibəsində bildirib ki, “bizim müasir texnoloji məhsullar Qafqaz regionu həmçinin, Azərbaycan üçün xüsusilə istehsal olunmuşdur. Bütün dünyada sınaqdan uğurla keçmiş bu texnikaların Azərbaycan bazarında təqim olunması və müsbət qarşılanması bizi çox sevindirir.

Əlavə olaraq, Elxan Ələkbərov vurğulayıb ki, “4S” şirkəti olaraq digər rəsmi tərəfdaşımız olan ABŞ-ın “LINDSAY” şirkətinin stendində müasir suvarma avadanlığı ilə bağlı innovativ həllər, məsafədən idarəetmə sistemlərini nümayiş etdirilir. Xüsusən ekspertlərdən “FieldNET” distant idarəetmə sistemi ilə bağlı ətraflı məlumat almaq mümkündür. “FieldNET”in üstünlükləri bununla bitmir, daha detallı məlumat üçün stendimizi ziyarət etməyi tövsiyə edirəm.

LINDSAY şirkətinin daha bir məhsulu olan – “Pivot Control” innovativ kontrolleri mövcud olan istənilən elektrik pivot suvarma sistemini modernləşdirə və universallaşdıra biləcək unikal bir həlldir. Bu platformanın tətbiqi ilə idarə etmə rahatlaşır, effektivlik isə bir neçə dəfə artır.

“4S” şirkəti təklif etdiyi bütün kənd təssərüfatı məhsullarını 20 faiz ilkin ödəniş, 40 % subsidiya və 40 % əlverişli lizinq şərtləri ilə təklif edir. Eyni zamanda məhsulun növündən və gücündən asılı olaraq onlara uzun müddətli keyfiyyətli servis xidməti təklif etməkdədir. “4S” şirkəti “Claas” texnikasının orijinal ehtiyyat hissələrinidə öz müştərilərinə təklif edir.