“Azərbaycan dili” imtahanının vaxtı açıqlandı

12:45 11-06-2021 10

“Azərbaycan dili” (dövlət dili kimi) fənni üzrə ikinci imtahan keçiriləcək.

Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Bildirilib ki, iyunun 24-də ikinci dəfə “Azərbaycan dili” (dövlət dili kimi) fənni üzrə test imtahanı keçiriləcək.

Bu imtahanda 11-ci sinif şagirdləri iştirak edəcəklər.

“Azərbaycan dili” (dövlət dili kimi) imtahanının nəticəsi 2 il qüvvədə olduğu üçün 2020-ci ildə keçirilən imtahandan 50 və daha yuxarı bal toplayan əvvəlki ilin məzunları bu imtahandan azaddırlar.

Digər 3 kateqoriyaya aid olan abituriyentlər imtahana bir həftə qalmış Dövlət İmtahan Mərkəzinin saytında yerləşdiriləcək “İmtahana buraxılış vərəqəsi”ni çap etməli və “Azərbaycan dili” imtahanında iştirak etməlidirlər.