Deputat müharibə veteranlarına verilən müavinətin məbləğinin artırılmasını təklif etdi

12:30 11-06-2021 12

Milli Məclisin iclasında deputat Siyavuş Novruzov müharibə veteranlarına verilən müavinətin məbləğini artırmağı təklif edib. 

milletinsesi.info-ın məlumatına əsasən, S.Novruzov xatırladıb ki, hazırda müharibə veteranlarına 80 manat müavinət verilir. 

“Bu müavinətin məbləği müəyyən ediləndə, kommunal qiymətlər indiki kimi baha deyildi. İndi isə kommunal xərclər çoxalıb. Buna görə təklif edirəm ki, müharibə veteranlarının müavinəti 130 manata qaldırılsın”, - deyə S.Novruzov əlavə edib. 

Aqşin Kərimov