Konfrans Liqasında yarışacaq komandamız ölkəni tərk etməyəcək

12:00 11-06-2021 12

“Keşlə” FK iyunun 15-dən etibarən məşqlərə başlayacaq.

milletinsesi.info xəbər verir ki, Avropa Konfrans Liqasına vəsiqə qazanmış komandanın hazırlıq planı iki mərhələdən ibarət olacaq.

Öncə komanda üzvləri tibbi-müayinədən keçəcək. Daha sonra Bakıda məşqlərə başlanılacaq. İyunun 27-də Bakıda yoxlama matçı planlaşdırılır.

Komanda iyulun 1-də Qəbələyə yollanacaq. 1-14 iyul tarixlərini əhatə edəcək ikinci mərhələdə “Keşlə” Qəbələdə 5, 10, 14 iyul tarixlərində üç yoxlama matçı keçirməyi planlaşdırır.

Yoxlama oyunları üçün bütün rəqiblər barədə daha sonra məlumat veriləcək.

Qeyd edək ki, təmsilçilərimizdən Çempionlar Liqasında oynayacaq “Neftçi”nin xaricdə məşq keçəcəyi dəqiqdir. Azərbaycan çempionu 16-30 iyunda Sloveniyada hazırlıq keçəcək.