Dünya çempionatında sonuncu cüdoçumuz mübarizəyə qoşulur

11:20 11-06-2021 16

Bu gün Azərbaycanın daha bir cüdoçusu Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında mübarizəyə qoşulacaq.

milletinsesi.info xəbər verir ki, bu, millimizin sonuncu üzvü – 100 kq çəki dərəcəsində güləşən Elmar Qasımovdur.

O, 1/16 finalda Mərt Şişmanlar (Türkiyə) – İlya Sulamanidze (Gürcüstan) cütünün qalibi ilə görüşəcək.

Qeyd edək ki, daha əvvəl yalnız Kəramət Hüseynov (-60 kq) bürünc medal qazanıb.