“Qarabağ”ın yeni transferinin Bakıya gəlişi - VİDEO

11:10 11-06-2021 17

“Qarabağ” klubu bu gün yeni transferini ictimaiyyətə təqdim edəcək.

milletinsesi.info xəbər verir ki, Ağdam klubu transferi gizli saxlayır.

Klub futbolçunun “Qarabağ”ın Suraxanı qəsəbəsindəki bazasına gəlişini belə təqdim edib:

Onu da bildirək ki, klub yeni transferin adını gizli saxlamağa çalışsa da, onun braziliyalı hücumameyilli mərkəz yarımmüdafiəçisi Kadi Yuri Borqes Malinovski olduğu bəllidir. Qısaca Kadi kimi tanınan 25 yaşlı futbolçu ötən mövsüm Portuqaliyanın I divizionunda “Vilafrenkensi” klubunda çıxış edib.

Səbuhi Musayev