“Expressbank” fiziki məhdudiyyətli müştərilərinə xüsusi qayğı və diqqət göstərir

10:35 11-06-2021 17

Müştəri üçün yaxın tərəfdaş və daimi məsləhətçi olmağı özünə strateji hədəf və korporativ missiya olaraq müəyyən edən “Expressbank” fiziki məhdudiyyətli müştərilərinə xüsusi qayğı və diqqət göstərir, maliyyə xidmətlərini hər kəs üçün əlçatan və əlverişli etmək üçün çalışır. Müştəri məmnunluğuna hədəflənən bu yolda “Expressbank”, hər zaman öz ideallarına sadiq qalaraq ən qabaqcıl təcrübə və ən son yenilikləri tətbiq edərək müştərilərinə yüksək keyfiyyətli xidmət göstərir və bununla da artıq çox sayda insanın etimadını qazanmağa müvəffəq olub. 

Həssas əhali qrupuna aid edilən fiziki məhdudiyyətli müştərilərinə isə Bank xüsusi diqqət və qayğı ilə yanaşır. Sağlamlıq imkanları məhdud olan şəxslər üçün maliyyə və bank xidmətlərinin əlçatanlığının artırılması və bu qrupdan olan müştərilərin rahat şəkildə qəbulunun təmin edilməsi məqsədilə Bankın bütün filiallarında xüsusi oturacaq yerləri ayrılıb. Həmçinin, bu şəxslər Bankın istənilən filialına yaxınlaşdıqları zaman onlara növbədənkənar xidmət olunması diqqət mərkəzində saxlanılır.

“Expressbank” bu kateqoriyadan olan əhalinin bank infrastrukturuna maneəsiz girişi üçün əlavə imkanların yaradılması və bank mühitinin onların tələbatlarına uyğunlaşdırılması istiqamətində işləri bundan sonra da davam etdirmək əzmindədir.