Makron Ərdoğanla Qarabağ məsələsini müzakirə etmək istəyir

10:25 11-06-2021 19

Fransa prezidenti Emmanuel Makron NATO sammiti çərçivəsində Türkiyənin dövlət başçısı  Rəcəb Tayyib Ərdoğanla görüşmək və onunla Qarabağ məsələsini müzakirə etmək istəyir.

“Haber Global”ın məlumatına görə, bu barədə Fransanın dövlət başçısı Yelisey Sarayında keçirilən mətbuat konfransında bəyan edib. O, Ərdoğanla aralarında olan fikir ayrılığına baxmayaraq, bir-birləri ilə müzakirələrin zəruriliyini vurğulayıb.

“Bu yaxşı fikirdir. Bir-birimizi görməyə ehtiyacımız var. Prezident Ərdoğanla NATO, Suriya, Liviya, Qarabağ məsələlərini, həmçinin Fransanın “radikal islamçılıqla” mübarizəsini müzakirə etmək istərdim”, - deyə o, bildirib.

Makron “radikal islamçılığa” qarşı mübarizənin heç bir şəkildə İslam dinini hədəf almadığını söyləyərək, Ərdoğanla əməkdaşlıq sahələrindən də danışacağını deyib.