Abşeronda avtomobil qəzası olub: Xəsarət alan var

09:45 11-06-2021 8

Abşeron rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 1985-ci il təvəllüdlü Cəfərov Vuqar Məmməd oğlu xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Müayinə zamanı ona sağ bazu sümüyünün yerdəyişən sınığı və bədənin müxtəlif dərəcəli əzikləri diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.