Ərdoğan Makronla görüşəcək

22:15 10-06-2021 12

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan fransalı həmkarı Emmanuel Makronla görüşəcək.

“Haber Global”ın məlumatına görə dövlət başçıları iyunun 14-də keçirilən NATO sammiti öncəsi bir araya gələcəklər.

“NATO daxilində müttəfiqlər arasındakı münasibətlər önəmlidir. Bu məsələyə aydınlıq gətirmək üçün Ərdoğanla sammitdən əvvəl görüşəcəyik”, - deyə Fransa prezidenti bildirib.