Nazir: “Koronavirus pandemiyası nəticəsində təhsilə dəymiş ziyanı aradan qaldırmalıyıq”

19:50 10-06-2021 14

“Bu il Azərbaycanda fəaliyyət göstərən ümumtəhsil məktəblərində XI sinfi 84 mindən çox şagird bitirir”. 

milletinsesi.info-ın məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev özünün “Facebook” hesabında canlı yayım zamanı bildirib.

Onun sözlərinə görə, bu il IX sinfi isə 131 min 227 nəfər bitirir:

“Eyni zamanda, I sinfə gedən 160 mindən artıq şagirdlər üçün fərqli il oldu. Yarı əyani, yarı distant dərs keçdilər. Koronavirus pandemiyası nəticəsində təhsilə dəymiş ziyanı aradan qaldırmalıyıq”.

İlhamə Əbülfət