Cəlilabadda qayda pozan sürücülər cərimələndi - FOTO

14:45 10-06-2021 9

Cəlilabadda dayanma-durma qaydalarını pozan sürücülər cərimələnib. 

Bu barədə milletinsesi.info-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan məlumat verilib. Bildirilib ki, yol polisi əməkdaşları şəhərin müxtəlif nöqtələrində dayanma-durma və parklanma qaydalarını pozan, eləcə də avtobus dayanacaqlarını, piyada səkilərini zəbt edən nəqliyyat vasitələrinin sürücüləri ilə profilaktiki söhbətlər aparıb.

Qaydaları pozan sürücülər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati protokol tərtib olunub.

Yol polisi əməkdaşları tərəfindən bu istiqamətdə tədbirlər qarşıdakı günlərdə də davam etdiriləcək.