59 yaşlı kişi ağacdan yıxılaraq öldü

14:05 10-06-2021 8

Qəbələ rayonunda bədbəxt hadisə baş verib.

“Report”un məlumatına görə, hadisə rayonun Xırxatala kəndində baş verib.

Belə ki, kənd sakini, 1962-ci il təvəllüdlü Qafqaz İsayev həyətindəki ağacdan gilas yığarkən yıxılıb. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.