MM-nın Mədəniyyət komitəsinin sədri Q.Paşayeva beynəlxalq konfransda “Qadınlar biznes liderləri kimi: Regional ticarət və biznesin inkişafında qadın parlamentarilərin rolu” mövzusunda məruzə ilə çıxış edib.

10:45 10-06-2021 24
MM-nın Mədəniyyət Komitəsinin sədri Q. Paşayeva İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) Parlament Assambleyasının II Ümumi Konfransının “Qadınlar biznes liderləri kimi: Regional ticarət və biznesin inkişafında qadın parlamentarilərin rolu” mövzulu sessiyasında məruzə ilə çıxış edib.
Q.Paşayeva ixtisasından, fəaliyyət dairəsindən asılı olmayaraq, qadınların cəmiyyətdə aktiv rol almasının həmin cəmiyyətdə xeyirxahlığın, anlaşmanın bərqərar olmasında və möhkəmlənməsində özünəməxsus yerə və rola sahib olduğunu deyib. “Biznes fəaliyyəti qadınlar üçün o qədər də çox rast gəlinən və uğur hekayələri çox olan fəaliyyət sahələrindən hesab olunmasa da, bu çətin və məsuliyyətli işdə öz tərcümeyi-halı ilə seçilən qadınlar vardır. – İƏT üzvü olan ölkələr də daxil olmaqla, dünyanın müxtəlif ölkələrində belə qadınlar var. Burada söhbət yalnız öz maddi gəlirlərini artırmaqdan getmir; başqalarının həyatında müsbət, təsirli rol oynamaq, nümunəvi, işgüzar mühit yaratmaq, yalnız mənəvi planda deyil, maddi planda da cəmiyyətə xeyirxahlıq və şəfqət yaymaqdan gedir.
Özəlliklə qadın parlamentarilərin regional ticarət və biznesin inkişafında, habelə davamlı sülhdə, hərtərəfli inkişaf və iqtisadi təhkükəsizlikdə rolu danılmazdır. Bir qədər daha detallı danışaq. Məsələn, mənim ölkəmdə parlamentarilərin bizneslə məşğul olması qanunla qadağandır. O zaman qadın parlamentarinin biznesin inkişafında rolunu necə izah etməli? Burada məsələ parlamentarinin özünün sırf bizneslə məşğul olmasından daha ziyadə, biznesin inkişafı, işəgötürmə, sahibkarlıqla bağlı əlverişli hüquqi aktların, qanunların qəbulunda təşəbbüskar olmaqdan gedə bilər. Yaxud biznesdəki uğurları ilə məşhurlaşmış bir qadın liderin ictimai-siyasi fəaliyyətə keçid etməsinin məziyyətlərini vurğulamış oluruq. – O sahənin problemlərini yaşamış biri olaraq, uğurlu biznesmen keçmişi olan qadınların münbit mühitin yaradılması yaxud sağlamlaşdırılmasında iştirakından danışmış oluruq” – Q.Paşayeva vurğulayıb.
Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, İSESCO və UNESCO-nun Xoşməramlı səfiri Mehriban xanım Əliyevanın qadının cəmiyyətdə rolunun artırılması sahəsində xidmətlərini qeyd edən Q.Paşayeva, Mehriban xanımın özünün şəxsiyyəti və böyük işləri ilə qadınlara bir örnək olduğunu deyib. Millət vəkili, Azərbaycan Prezidentinin 6 fevral 2006-cı il tarixli Fərmanı ilə Azərbaycanda ailə, qadın və uşaq problemləri üzrə ayrıca icra orqanının – Dövlət Komitəsinin və parlamentdə də eyniadlı Komitənin yaradıldığını bildirib.
Q.Paşayeva onu da vurğulayıb ki, Azərbaycan qadını 30 ilə yaxın sürən Ermənistan işğalı nəticəsində, bir çox hallarda nəinki bizneslə yaxud ictimai-siyasi fəaliyyətlə məşğul olmaq hüququnu, hətta ən adi insan hüquqlarını itirib. Özəlliklə Xocalı Soyqırımını xatırladan Q.Paşayeva, Ermənistanın işğalçılıq siyasətinin qadınlar, uşaqlar, qocalar da daxil olmaqla, ümumən cəmiyyətə çox ağır zərbələr vurduğunu, inkişafdan geri saldığını, XX yüzilliyin sonlarında dəlil-sübutlu insanlıq dramının yaşandığını bildirib. Pakistanın Ermənistanın işğalçılıq siyasətini həmişə birmənalı olaraq qınadığını, o cümlədən bunu Pakistan parlamentinin rəsmi sənədlərində əks etdirdiyini söyləyən Q.Paşayeva Pakistan dövlətinə, xalqına bir daha minnətdarlıq ifadə edib: “Bilirsiz ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə başlamış “Xocalıya ədalət” beynəlxalq kompaniyasını ilk dəstəkləyən ölkələr sırasında Pakistan və İƏT üzvü olan bir sıra dost, qardaş ölkələr var.
Gələn il Xocalı soyqırımının 30-cü ildönümüdür. Pakistanlı və digər parlamentari həmkarlarımızın bu acı ildönümündə də bizimlə həmrəylik nümayiş etdirəcəyinə inanırırq”.
Bir 7 people, including Cəvahir Qaraqızı and Sevinc Aliyeva, ayaqüstə duran insanlar, çiçək, içəridə və bunu deyən yazı "2 PARLIAMENTARY ASSEMBLY OF ECONOMIC ORGANIZATION (PAECO) COUNTRIES June, 2021. Islamabad Pakistan GOT ο E WOMEN RIA" şəkili ola bilər