Yeni kvant mikroskopu yaradılıb

07:15 10-06-2021 11

Almaniya və Astraliya alimləri yeni kvant mikroskopu yaradıblar.

Bu barədə “Nature” jurnalı məlumat yayıb.

Yeni mikroskop əvvəllər görülməsi mümkün olmayan hüceyrə strukturlarını müşahidə etməyə imkan verir. O, naviqasiyadan tutmuş tibbi vizuallaşdırmayadək yeni tətbiqlərin, həmçinin biotexnologiyaların yaradılmasına şərait yaradır.

Qeyd edək ki, mikroskopun hazırlanmasında Avstraliyanın Kvinslend və Almaniyanın Rostok Universitetlərinin alimləri iştirak ediblər.