Vəfalı it təcili yardımla aparılan sahibinin ardınca xəstəxanayadək gəldi – VİDEO

04:40 10-06-2021 11

İstanbulun Böyükada rayonunda maraqlı hadisə yaşanıb.

“Haber Global” məlumat verir ki, halı pisləşən və təcili yardımla xəstəxanaya aparılan şəxsin dördayaqlı dostu onu yalnız buraxmayaraq sonadək müşayiət edib.

Vəfalı it bütün yol boyu təcili yardım maşınının ardınca qaçaraq, sahibinin yerləşdirildiyi xəstəxanaya daxil olub.

Bir müddət sonra müəssisə əməkdaşları tərəfindən çolə çıxarılan it qapı önündə sahibini gözləməyə başlayıb.