Bakıda parkda dekorativ daş uşağın üzərinə aşıb

22:15 09-06-2021 9

Bakının Nəsimi rayonu ərazisində yerləşən Qızılgül Parkında xoşagəlməz hadisə baş verib.

“Report” xəbər verir ki, parkdakı hovuzun üzərində qoyulmuş, dairəvi formalı ağır dekorativ daşlardan biri təxminən 6-7 yaşlı uşağın üzərinə aşıb.

Nəticədə onun ayaqları əzilib.

Uşaq parka çağırılmış polis əməkdaşlarının köməyi ilə xəstəxanaya çatdırılıb.