Latviyanın müdafiə naziri türk PUA-ları ilə maraqlanır - VİDEO

20:45 09-06-2021 12

Ötən gün Latviyanın Baş nazirinin müavini və ölkənin müdafiə naziri Artis Pabriks Türkiyəyə səfərə gəlib.

“Haber Global”ın məlumatına əsasən, səfər çərçivəsində nazir Türkiyə müdafiə sənayesinin məhsulları ilə yaxından tanış olmaq üçün ölkənin silah istehsalı müəssisələrini gəzib.

A.Pabriks, həmçinin məşhur PUA-ların istehsal olunduğu “Baykar” zavodunda da olub. O, Türkiyənin ən müasir və dünya standartlarına cavab verən silah sənayesinə malik olduğunu bildirib.