Bakıda bir marşrut xəttinin hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

19:05 09-06-2021 17

İyunun 10-12-də Suraxanı rayonu, Cəlal Qurbanov və Zaur Şərifov küçələrində aparılan yenidənqurma işləri səbəbindən avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq.

Bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Bildirilib ki, bu səbəbdən 66 nömrəli marşrutun hərəkət sxemində dəyişiklik edilərək avtobusların hərəkəti birbaşa olaraq Nizami İsmayılov və Yusif Eyvazov küçələri ilə təşkil ediləcək.