Türkiyəli futbolçulardan Azərbaycan əhalisinə müraciət - VİDEO

18:30 09-06-2021 13

Türkiyə millisinin futbolçuları AVRO-2020-nin Bakıdakı oyunları üçün Azərbaycan əhalisindən dəstək istəyib.

milletinsesi.info xəbər verir ki, Türkiyə millisinin qapıçısı Altay Bayındır və yarımmüdafiəçisi Okay Yokuşlu videomüraciət yayıb. Onlar azarkeşlərdən Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşmalar üçün stadiona gəlməyə çağırış ediblər.

Qeyd edək ki,Türkiyə millisi Avropa çempionatında Uelslə iyunun 16-da və İsveçrə ilə iyunun 20-də Bakıda qarşılaşacaq.