Stadionlarda COVID-19-a yoluxma riski minimaldır

16:55 09-06-2021 13

Danimarkada futbol stadionlarında koronavirusa yoluxmuş insanların sayı ilə bağlı araşdırma aparılıb.

Bu barədə Sport TV2 məlumat yayıb.

Araşdırma nəticəsində məlum olub ki, stadionda COVID-19-a yoluxma ehtimalı minimaldır.

Belə ki, yazda Danimarkanın üç aparıcı futbol liqasının oyunlarında iştirak edən 266 min tamaşaçıdan yalnız 60 nəfər (0,02 faiz) koronavirusa yoluxub.

Məlumat üçün qeyd edək ki, Danimarkada bu günə qədər 287 325 nəfər koronavirusa yoluxub, 2 520 xəstə pandemiyanın qurbanı olub.