Ölkədə bu gün peyvənd olunanların sayı açıqlandı - FOTO

16:50 09-06-2021 10

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 38 466 vaksin vurulub.

Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 33 394, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 072 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 2 624 876, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 679 448, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 945 428 təşkil edir.