İspaniya və ispandilli dövlətlərin nəşrləri minaya düşən jurnalistlərmizdən yazdı

15:45 09-06-2021 18

Qafqaz-İberoamerika Düşüncə Mərkəzi xidməti fəaliyyətini yerinə yetirərkən həlak olan jurnalistlərlə bağlı İspan dilli ölkələrin kütləvi informasiya vasitələrinə müraciət ünvanlayıb. 

Müraciətdə deyilir: 

“Təəssüf hissi ilə bildiririk ki, 2021-ci il iyun ayının 4-də Azərbaycanın Kəlbəcər rayonunda iki media əməkdaşı - AzTV-nin operatoru Sirac Abışov və Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) müxbiri Məhərrəm İbrahimov peşə fəaliyyətlərini yerinə yetirərkən həlak olublar. 

Hadisə Azərbaycan Respublikasının Kəlbəcər rayonunda, Ermənistan işğalından yenicə azad edilmiş ərazidə mina partlayışı səbəbindən baş verib. Ermənistan Respublikası minalanmış ərazilərin xəritələrini Azərbaycan tərəfinə verməkdən imtina edir. Bu, nəinki həmin ərazilərdə jurnalist yaradıcılığını məhdudlaşdırır, eyni zamanda, Ermənistanın işğalı nəticəsində zorla doğma yurdlarından ayrı düşmüş məcburi köçkün ailələrinin geri qaytarılmasına da imkan vermir. Beləliklə, həm cəmiyyətin informasiya ilə təminatı, həm də insanların öz evlərində yaşamaq hüququ pozulur. 

Qafqaz-İberoamerika Düşüncə Mərkəzi olaraq Ermənistanın insan hüquq və azadlıqlarına zidd əməlindən əl çəkməsini, minalı ərazilər üzrə xəritələrin təqdim etməsini istəyirik,” - deyə müraciətdə qeyd olunub. 

“Əlavə olaraq onu da qeyd etmək lazımdır ki,vaxtilə Ermənistan tərəfində basdırılan müxtəlif növ mina və digər partlayıcı qurğular indiyə qədər onlarla insanın ölümünə və yaralanmasına səbəb olub. Bundan əlavə, Məhərrəm İbrahimov və Siraç Abışovun ölümünə səbəb olan faciəli hadisə minalanmış ərazilərin jurnalist fəaliyyətini çətinləşdirdiyini, məhdudlaşdırdığını və təhlükəli bir peşə halına gətirdiyini açıq şəkildə nümayiş etdirir. Media əməkdaşlarının xidməti vəzifələrini yerinə yetirərkən həlak olmaları, onlara qarşı hücumlar müasir dünyanın olduqca qorxunc və sarsıdıcı tendensiyasıdır”. 

Müraciətdə həmçinin qeyd olnur ki, Ermənistan ordusunun zabiti Koryun Qumaşyan Kəlbəcər və Laçın rayonlarında çox sayda, daha dəqiq desək, 17 maşın mina basdırdıqlarını açıqlayıb. Ermənistanın bu davranışı bölgədə sülh, təhlükəsizlik və əməkdaşlıq üçün əsas maneə olaraq qalır. 

“Biz ispandilli medianı bu fakta ciddi reaksiya verməyə, Ermənistan Respublikasına minalanmış ərazilərin xəritələrini vermək üçün təzyiq göstərməyə çağırırıq”.

“Qafqaz-İberoamerika Düşüncə Mərkəzi olaraq, Sirac Abışov və Məhərrəm İbrahimovun Kəlbəcər rayonunda mina partlayışı nəticəsində həlak olması xəbərinə dərindən kədərləndik. Onların doğmalarına dərin hüznlə başsağlığı veririk”. 

Qafqaz-İberoamerika Düşüncə Mərkəzi təqdim etdiyi məqalələrlə aşağıdakı linklərdə tanış olmaq olar.

İspaniya
https://es.horrapress.eu/archivos/2648 

Kolumbiya 
https://snoticias.com.co/index.php/2021/06/08/cpci-ha-condenado-la-muerte-de-los-periodistas-azerbaiyanos-siraj-abishov-y-maharram-ibrahimov-ocurrida-el-4-de-junio-en-el-distrito-de-kalbajar-azerbaiyan/ 

Meksika 
https://expresionmexico.com/2021/06/08/mueren-periodistas-por-falta-de-informacion-en-azerbaiyan/

http://www.mipuntodevista.com.mx/pensamiento-caucasico-iberoamericano-condena-muerte-de-periodistas-azerbaiyano-siraj-abishov-y-maharram-ibrahimov/

http://www.clubjuridico.com/pensamiento-caucasico-iberoamericano-condena-muerte-de-periodistas-azerbaiyano-siraj-abishov-y-maharram-ibrahimov/ 

Paraqvay 
http://innova.news/centro-pensamiento-caucasico-iberoamericano-condena-muerte-periodistas-azerbaiyanos/

Braziliya 
https://espacocaspio.com.br/2021/06/08/analise-cpci-incidente-com-minas-terrestres-mata-2-jornalistas/ 

Honduras 
https://www.eldiariodehonduras.hn/index.php/internacionales/2544-el-centro-de-pensamiento-caucasico-iberoamericano-cpci-ha-condenado-la-muerte-de-los-periodistas-azerbaiyanos