Uzun illər istismarda olan qaz xətləri yenilənir - FOTO

14:35 09-06-2021 21

Uzun illər istifadədə olan, istismar müddətini başa vurmuş qaz xətlərinin yenilənməsi işləri aparılır.

“Azəriqaz” İstehsalat Birliyindən milletinsesi.info-a verilən məlumata əsasən, Şəki şəhərində 47 il öncə polad boru ilə çəkilən və korroziyaya uğramış yeraltı qaz xətti Birliyin Təmir-Tikinti idarəsi tərəfindən yeni polietilen boru ilə əvəzlənir.

Şəhərin M.Ə.Rəsulzadə prospekti istiqamətində 6 kilometr uzunluğunda müxtəlif diametrli polietilen boru ilə çəkilən yeni qaz xətti hazır olduqdan sonra 5 min abonentin qaz təchizatı yaxşılaşdırılacaq.

Qeyd edilib ki, işin həcmi böyük olduğundan əraziyə çox sayda maşın-mexanizmlər cəlb edilib.